logo

UEFA Avropa Liqası: “Braqa” -“Qarabağ” matçının hakimləri açıqlanıb

13:13 13-02-2024 | icon 532
UEFA Avropa Liqası: “Braqa” -“Qarabağ” matçının hakimləri açıqlanıb

UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçiriləcək ilk oyunun təyinatları açıqlanıb.

YeniAvropa qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, görüş Danimarkadan olan hakimlər briqadasına həvalə olunub.

Matçın referisi Morten Kroqa yan xətt hakimləri Vollenberq Rasmussen və Şteffen Bramsen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək.

VAR hakimi Rob Diperink, onun köməkçisi isə Yonas Hansen olacaq.

Qeyd edək ki, fevralın 15-də “Munisipal” stadionunda keçiriləcək “Braqa” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab qarşılaşması fevralın 22-də Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.