logo

Bakıda havanın temperaturu iqlim normasından 10° yüksəkdir

11:55 13-02-2024 | icon 434
Bakıda havanın temperaturu iqlim normasından 10° yüksəkdir

Hazırda Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 10 dərəcə yüksəkdir.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. 

Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. 

Dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır. Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq istiqamətli küləklərlə Abşeron yarımadasına daxil olub.

Dumanlı hava şəraitinin fevralın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.