logo

Yanvarda Azərbaycandan  2,3 milyard m3 qaz ixrac edilib

10:30 13-02-2024 | icon 679
Yanvarda Azərbaycandan  2,3 milyard m3 qaz ixrac edilib

Yanvarda qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4,5 faiz artıb.

YeniAvropa xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat paylaşıb.

O bildirib ki, Avropaya 1,1 milyard kubmetr, Türkiyəyə 0,8 milyard kubmetr, Gürcüstana isə 0,4 milyard kubmetr qaz ixrac olunub.

“Bu dövrdə TANAP-la Türkiyəyə 0,4 milyard kubmetr qaz nəql edilib. Bu ilin yanvar ayında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 2,5 milyon ton, ixraca nəql edilən həcmlər isə 2,1 milyon ton olub. Yanvarda 30 milyon kubmetr artımla hasil edilmiş 4,3 milyard kubmetr qazın 2,3 milyard kubmetri ixrac olunub”, - deyə nazir qeyd edib.