logo

Ordumuzun mövqeləri atəşə tutulub

09:00 13-02-2024 | icon 1603
Ordumuzun mövqeləri atəşə tutulub

Ötən gün axşam saatlarında Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.