logo

Geomaqnit qasırğası gözlənilir

14:14 12-02-2024 | icon 532
Geomaqnit qasırğası gözlənilir

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan YeniAvropa-ya bildirilib ki, Günəş fəallığı artıb. Hazırda Günəş ləkələrinin sayı artaraq, 8 ləkə qrupunda 144 ləkə müşahidə olunur.

Fevralın 12-dən 18-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə TKA təsiri nəticəsində yenidən S1 səviyyəsinə yüksələcəyi gözlənilir.

Günəş küləyi sürətinin fevralın 08 və 10-da baş vermiş TKA-nın təsiri ilə artacağı proqnozlaşdırılır.

TKA təsiri ilə fevralın 12-dən 14-dək geomaqnit sahəsinin aktivliyinin artması və G1 (zəif) - G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir.