logo

FIFA referimiz beynəlxalq turnirə təyinat alıb

12:12 12-02-2024 | icon 595
FIFA referimiz beynəlxalq turnirə təyinat alıb

Azərbaycanın çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq turnirə təyinat alıb.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, “FIFA Beach Soccer World Cup UAE 2024” turnirinin oyunlarını idarə edəcək.

Turnir fevralın 15-dən 25-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.