logo

Azərbaycandan Həcc ziyarətinin qiyməti 5850$ təşkil edir

10:40 12-02-2024 | icon 1610
Azərbaycandan Həcc ziyarətinin qiyməti 5850$ təşkil edir

Bu gündən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib.

YeniAvropa xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi(QMİ) məlumat yayıb.

Bildirilib ki, sənədlərin qəbulu fevralın 12-dən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Ziyarət üçün tələb olunan sənədlər:

1.Ümumvətəndaş pasportu;

2.Şəxsiyyət vəsiqəsinin surəti;

3.3.5×4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4.Sağlamlıq haqqında arayış.

Xatırladaq ki, Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.