logo

Kot-d`İvuar millisi Afrika Millətlər Kubokunun qalibi olub

09:49 12-02-2024 | icon 1344
Kot-d`İvuar millisi Afrika Millətlər Kubokunun qalibi olub

Futbol üzrə Afrika Millətlər Kubokunun qalibi məlum olub.

YeniAvropa xəbər verir ki, həlledici matçda Nigeriya və Kot-d'İvuar yığmaları qarşılaşıblar.

Üç qolun vurulduğu oyun Kot-d'İvuar seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 38-ci dəqiqədə Nigeriya millisinin heyətində Villiam Troost-Ekonq açıb. Turnirə ev sahibliyi edən Kot-d'İuvar yığması 62-ci dəqiqədə Frank Kessie ilə tablodakı rəqəmləri bərabərləşdirib. Sebastyen Haller isə 81-ci dəqiqədə qələbə qoluna imza ataraq komandasına kuboku qazandırıb.

Qeyd edək ki, Kot-d'İuvar seçməsi bu uğur nəticəsində 7 milyon ABŞ dolları gəlir götürüb.