logo

Dövlət sərhədini pozman Hindistan vətəndaşları saxlanılıb

09:09 10-02-2024 | icon 595
Dövlət sərhədini pozman Hindistan vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan vətəndaşları 1967-ci il təvəllüdlü Mohammed Ameen və 1997-ci il təvəllüdlü Deepak saxlanılıblar.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən bildirilib. Qeyd edilib ki, aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.