logo

Xəzər dənizində zəlzələ olub

09:09 09-02-2024 | icon 700
Xəzər dənizində zəlzələ olub

Fevralın 9-da Qala stansiyasından 145 kilometr şərqdə - Xəzər dənizində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildiriblər ki, yerli vaxtla saat 05:49-da qeydə alınan zəlzələnin maqnitudası 3.9-a bərabər olub.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.