logo

Volodimir Zelenski İlham Əliyevi  təbrik edib

18:17 08-02-2024 | icon 1008
Volodimir Zelenski İlham Əliyevi  təbrik edib

Ukrayna prezidenti Volodimir Zelenski İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

YeniAvropa xəbər verir ki, bu barədə Volodimir Zelenski “X” sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımında Volodimir Zelenski İlham Əliyevə Azərbaycan xalqının rifahı naminə bundan sonra da uğurlu və məhsuldar fəaliyyət arzulayıb.

“Mən ölkələrimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi yüksək qiymətləndirirəm. Dövlətimizin azadlıq mübarizəsinin tarixi dövründə humanitar və digər yardımlara görə Azərbaycana minnətdarıq”, - deyə Ukrayna prezidenti bildirib.

“Prezident Əliyevlə şəxsi konstruktiv və etibarlı münasibətimi, razılaşmaların həyata keçirilməsini və komandalarımız arasında səmərəli qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirirəm. Əminəm ki, Ukrayna və Azərbaycan arasında strateji əlaqələr yalnız möhkəmlənəcək”, - deyə Volodimir Zelenski təbrikində vurğulayıb.