logo

Bakıda badminton üzrə beynəlxalq turnirə start verilib

15:55 08-02-2024 | icon 819
Bakıda badminton üzrə beynəlxalq turnirə start verilib

Bakıda badminton üzrə “Azerbaijan International 2024” beynəlxalq turniri start götürüb.

YeniAvropa xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan yarışda 49 ölkədən 300-dən artıq idmançı mübarizə aparır.

“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə Azərbaycanın 19 badmintonçusu qüvvəsini sınayır. Bunlar Keişa Fatimə Zəhra, Nərmin Hüseynova, Fatimə Həsənzadə, Əminə İsmayılova, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanyayeva, Era Maftuha, Nəzrin Mehralızadə, Həcər Nuriyeva, Nigar Səmədova, Sərxan Bağırov, Aqil Qabilov, Əli Gözəlov, Vaqif İsmayılov, Cahid Əlhəsənov, Rəvan Niftəliyev, Edi Reski Dviçayo və Dikki Dvi Pangestudur.

Yığma üzvləri 5 kateqoriyanın hər birində təmsil olunurlar. Komandanın aparıcı üzvləri mübarizəyə fevralın 9-da qoşulacaqlar.

Qeyd edək ki, “Azerbaijan International 2024” turniri fevralın 11-də yekunlaşacaq.