logo

10 kq-dan artıq narkotik vasitə aşkarlanıb

12:52 08-02-2024 | icon 721
10 kq-dan artıq narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 6-da və 7-də ümumi çəkisi 10,3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,3 kiloqramdan artıq heroin və 9 kiloqramdan çox marixuana olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.