logo

UEFA Millətlər Liqası: Bu gün millimizin rəqibləri bəlli olacaq

09:29 08-02-2024 | icon 714
UEFA Millətlər Liqası: Bu gün millimizin rəqibləri bəlli olacaq

Bu gün UEFA Millətlər Liqasında 2024-2025-ci illər mövsümünün püşkü atılacaq.

YeniAvropa xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçiriləcək mərasimdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşəcək.

Yeni mövsümdə də C Liqasında mübarizə aparacaq yığma püşkatmaya 3-cü səbətdən qoşulacaq.

Tədbirdə Azərbaycanı AFFA-nın vitse-prezidentləri Elşad Nəsirov və Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev və milli komandanın məşqçisi Arif Əsədov təmsil edirlər.

UEFA Millətlər Liqası

A Liqası

1-ci səbət: İspaniya, Xorvatiya, İtaliya, Niderland

2-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan

3-cü səbət: İsveçrə, Almaniya, Polşa, Fransa

4-cü səbət: İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya

B Liqası

1-ci səbət: Avstriya, Çexiya, İngiltərə, Uels

2-ci səbət: Finlandiya, Ukrayna, İslandiya, Norveç

3-cü səbət: Sloveniya, İrlandiya, Albaniya, Monteneqro

4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan

C Liqası

1-ci səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq

2-ci səbət: Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları

3-cü səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr

4-cü səbət: Belarus, Litva/Cəbəllütariq cütünün qalibi, Estoniya, Latviya

D Liqası

1-ci səbət: Litva/Cəbəllütariq, Moldova, Malta

2-ci səbət: Malta, Andorra, San Marino, Lixtenşteyn

Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin oyun günləri 5-7, 8-10 sentyabr, 10-12, 13-15 oktyabr, 14-16 və 17-19 noyabrdır.