logo

Paytaxtda yaşayış binasında yanğın:Sakinlər təxliyə edildi

08:58 08-02-2024 | icon 3220
Paytaxtda yaşayış binasında yanğın:Sakinlər təxliyə edildi

Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində bir qaz sayğacı və bir kvadratmetr sahədə yığılan məişət tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini tüstülənmiş sahədən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.