logo

Şimali Kiprin prezidenti İlham Əliyevi təbrik edib

23:13 07-02-2024 | icon 672
Şimali Kiprin prezidenti İlham Əliyevi təbrik edib

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar prezident İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

YeniAvropa xəbər verir ki, bu barədə Şimali Kipr prezidenti "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Paylaşımda bildirilib: “Azərbaycan prezidenti vəzifəsinə seçkilərdə ilkin nəticələrə görə tarixi zəfərlə yenidən prezident seçilən cənab İlham Əliyevi ürəkdən təbrik edir, seçkilərin nəticələrinin bütün qardaş Azərbaycana xeyirli olmasını diləyirəm”.