logo

Saat 15:00-dək 3.9 milyon seçici səs verib

15:51 07-02-2024 | icon 504
Saat 15:00-dək 3.9 milyon seçici səs verib

Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermənin gedişinə dair seçki fəallığı ilə bağlı növbəti məlumatı açıqlayıb.

YeniAvropa  xəbər verir ki, Fərid Orucov saat 15:00-a olan məlumata görə, seçicilərin 60,54 faizinin (3 milyon 922 min 187 nəfər) səs verdiyini bildirib.

Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.

Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.