logo

Xocalıda seçicilər iki məntəqədə səs verirlər

14:54 07-02-2024 | icon 497
Xocalıda seçicilər iki məntəqədə səs verirlər

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri Xocalı rayonu ərazisində iki məntəqədə keçirilir.

YeniAvropa xəbər verir ki, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 saylı məntəqəsi Xocalı rayonu Təzəbinə kəndində, 107 saylı məntəqəsi isə Əsgəran qəsəbəsində yaradılıb.

Məntəqə seçki komissiyasının sədri Əliniyaz Nəcəfov bildirib ki, məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçicilər səhər saatlarından başlayaraq məntəqəyə gəlir, sərbəst və azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetirirlər.