logo

“Braqa” “Qarabağ”la oyunlar üçün iştirak ərizəsini açıqlayıb

10:50 07-02-2024 | icon 910
“Braqa” “Qarabağ”la oyunlar üçün iştirak ərizəsini açıqlayıb

Portuqaliyanın “Braqa” klubu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

YeniAvropa Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 25 futbolçunun adı yer alıb.

Qapıçılar: 1. Mateus, 12. Tiaqo Sa

Müdafiəçilər: 2. Viktor Qomes, 4. Sikou Niakate, 5. Sərdar Saatçı, 6. Joze Fonte, 15. Paulu Oliveyra, 17. Yusafat Mendes, 19. Adrian Marin, 26. Kristian Borxa, 58. Migel Vilela

Yarımmüdafiəçilər: 8. Məhəmməd Əl-Musrati, 10. Çer Ndur, 16. Rodriqo Salasar, 18. Vitor Karvalyu, 22. Pitsi, 28. Joau Moutinyu, 66. Vasko Moreyra

Hücumçular: 7. Bruma, 9. Abel Ruiz, 14. Alvaro Calo, 20. Roni Lopes, 21. Rikardu Orta, 23. Simon Banza, 99. Kauan Kelvin.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.