logo

“Qalatasaray” azərbaycanlı futbolçularla maraqlanır

18:58 06-02-2024 | icon 987
“Qalatasaray” azərbaycanlı futbolçularla maraqlanır

Türkiyənin “Qalatasaray” klubunun futbol direktoru Cenk Ergün Azərbaycanda bir neçə futbolçunun çıxışını izləyib.

YeniAvropa Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların arasında “Qarabağ”ın yarımmüdafiəçisi Toral Bayramov da var.

Qış fasiləsində Anxelinyo ilə yollarını ayıran İstanbul təmsilçisi ispaniyalı müdafiəçinin boşluğunu Azərbaycan millisinin üzvü ilə doldurmağı planlaşdırır.

C.Ergün həm yarımmüdafiə, həm də müdafiənin cinahlarında oynaya bilən 23 yaşlı oyunçu ilə klub rəhbərliyinə müsbət rəy verib.

Qeyd edək ki, Toral Bayramovun “Qarabağ”la 2026-cı ilin yayına qədər müqaviləsi var.