10 tələbə “Azercell Təqaüdçüsü” adına layiq görülüb
Lider mobil operator “Tələbə Təqaüdü 2024” proqramının qalibləri ilə görüşüb. Üç mərhələli seçim prosesində fərqlənən 10 tələbə təhsil müddətinin sonunadək hər ay 300 AZN məbləğində təqaüdlə təmin ediləcək. Eyni zamanda, “Azercell” qaliblər üçün digər inkişaf imkanları da yaradacaq.
Qeyd edək ki, “Tələbə Təqaüdü” proqramına müraciətlərin qəbulu ötən ilin oktyabr ayında açıq elan olunub və bir ay davam edib. Bu müddət ərzində “Azercell”in İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri ölkənin regionlarında da proqramın tanıtımını keçirib. Şirkət əməkdaşları bölgələrdə təhsil alan bir sıra tələbə və müəllim heyəti ilə görüşərək proqram haqqında məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
Bu il təqaüd proqramı məhz informasiya texnologiyaları, kibertəhlükəsizlik, biznes analitikası, data elmi və marketinq sahələri üzrə bakalavr təhsili alan sonuncu 2 kursun tələbələrini əhatə edib.
Proqrama qatılmaq üçün ümumilikdə 600-dən çox tələbə müraciət edib ki, onlardan 100-ü ilkin tələblərə cavab verərək növbəti seçim mərhələsinə dəvət alıb. İkinci seçim mərhələsində müxtəlif tapşırıqlar əsasında iştirakçıların elmi potensialı qiymətləndirilib. Bu mərhələni uğurla başa vuran tələbələr üzbəüz müsahibələrə qatılmaq imkanı əldə ediblər.
Xatırladaq ki, 2009-cu ildən etibarən təşkil edilən “Tələbə Təqaüdü” proqramından bu günədək ölkənin müxtəlif universitetlərində təhsil alan 300-dək tələbə faydalanıb.
Azərbaycanda yeni İKT mütəxəssislərinin inkişafını, tərəqqi və innovasiyaların tətbiqini diqqət mərkəzində saxlayan “Azercell” bu istiqamətdə gördüyü işləri davam etdirəcək.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır