logo

Azərbaycanlı hakim Çağırış Kubokunun oyununa təyinat alıb

16:36 06-02-2024 | icon 749
Azərbaycanlı hakim Çağırış Kubokunun oyununa təyinat alıb

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Əliyev Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb.

YeniAvropa Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, kişi voleybolçular arasında Çağırış Kubokunun 1/4 final mərhələsinin cavab oyununu idarə edəcək.

E.Əliyev Türkiyədə “Arkas Spor” və Yunanıstanın “Olimpiakos” komandası arasında keçiriləcək qarşılaşmada ikinci hakim vəzifəsini yerinə yetirəcək. İlk görüşdə qonşu ölkə rəqibinə 3:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, görüş fevralın 7-də Atatürk Voleybol İdman Kompleksində keçiriləcək.