logo

Seçkiləri 90 minədək yerli müşahidəçi izləyəcək--MSK

12:32 06-02-2024 | icon 413
Seçkiləri 90 minədək yerli müşahidəçi izləyəcək--MSK

Azərbaycanda prezident seçkilərini izləmək üçün 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib. Bu seçkilər bizim üçün Zəfər seçkiləri kimi tarixdə qalacaq.

YeniAvropa xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının(MSK) sədri Məzahir Pənahov TÜRKPA nümayəndə heyəti ilə görüşü zamanı söyləyib.

MSK sədri bildirib ki, onlardan 5405-i MSK-da, 83 961-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.