logo

Ordubadda 37 sm qar yağıb

10:10 06-02-2024 | icon 763
Ordubadda 37 sm qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin fevralın 6-si saat 09:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi qərb küləyi əsib, bəzi yerlərdə arabir güclənib.

XidmətdənYeniAvropa-ya verilən məlumata görə, hava şəraiti 5-i axşam bəzi dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olub, qar yağıb.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir saniyədə 25, Daşkəsəndə 30, Yardımlı, Qobustanda 24, Lerikdə 22, İsmayıllı, Göyçayda 18, Sabirabad, Altıağacda 17, Naftalan, Quba, Gədəbəydə 16, Şəkidə 15 metrədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Qar örtüyünün hündürlüyü Ordubadda 37, Qaxda (Sarıbaş) 33, Qrızda 5, Gədəbəy, Sədərəkdə 3, Qusarda 2, Quba, Şahbuzda 1 santimetr təşkil edib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan Muxtar Respublikasında 9, Aran rayonlarında 16, dağlıq rayonlarda 10 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta olub.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı axşamadək davam edəcək.