logo

“Azpetrol” Şuşada modul tipli YDM istifadəyə verib

09:49 06-02-2024 | icon 1141
“Azpetrol” Şuşada modul tipli YDM istifadəyə verib

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, Şuşa şəhərində fevralın 6-da, sayca 103-cü modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verib. 

YeniAvropa xəbər verir ki, yeni yanacaqdoldurma məntəqəsində "Aİ-92",  "Aİ-95" və dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.

Xatırladaq ki, “Azpetrol” şirkətinin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 103 yanacaqdoldurma məntəqəsi (YDM), 1 maye qazdoldurma məntəqəsi (QDM ), 4 CNG tipli (CNG) qazdoldurma postu (sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.