logo

Etibarsız şəxsiyyət vəsiqəsi ilə də səsvermədə iştirak etmək mümkün olacaq

15:55 05-02-2024 | icon 763
Etibarsız şəxsiyyət vəsiqəsi ilə də səsvermədə iştirak etmək mümkün olacaq

Əgər hər hansı vətəndaşın şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitibsə, o, fevralın 7-də keçiriləcək prezident seçkisində öz səsvermə hüququndan istifadə edə bilər.

YeniAvropa xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov komissiyanın fevralın 5-də keçirilən iclasında söyləyib.