logo

Macarıstan Ukraynanın silahlandırılmasına mane olmayacaq

13:53 05-02-2024 | icon 1477
Macarıstan Ukraynanın silahlandırılmasına mane olmayacaq

Macarıstan Ukraynaya silah tədarükünü maliyyələşdirən Avropa Sülh Fondunun vəsaitlərinin artırılmasına veto qoymayacaq.

YeniAvropa xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto KİV-ə müsahibəsində bildirib. 

Qeyd edib ki, Avropa Komissiyası Aİ ölkələrinin Kiyevə silah tədarükünü kompensasiya etmək məqsədilə bu il Avropa Sülh Fondunun vəsaitlərini 5 milyard avroya qədər artırmağı təklif edib.

Peter Siyarto Macarıstanın bu məsələ ilə bağlı mövqeyini belə izah edib: “Biz bu məsələ ilə məşğul olmayacağıq, çünki silah tədarükü bizim üçün qırmızı xətt deməkdir. Amma Macarıstan başqalarına bu məsələdə mane ola bilməz və bunu etməyəcək”.