logo

Sumqayıtda sürət qatarı qəfil yoluna çıxan qadını vurub

12:32 05-02-2024 | icon 714
Sumqayıtda sürət qatarı qəfil yoluna çıxan qadını vurub

 

Bu gün saat 07:50 radələrində sürət qatarı Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olarkən Yeni Sumqayıt mənzilində bir qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

YeniAvropa xəbər verir ki,bu barədə  "Azərbaycan Dəmir Yolları"QSC-dən (ADY) bildirilib.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Qəza nəticəsində qadın xəsarət alıb, əraziyə təcili tibbi yardım çağırılıb. Sözügedən xətt üzrə qatarların fəaliyyəti qısa zamanda bərpa olunub.

Sumqayıtda qatar vuran 1970-ci il təvəllüdlü şəxsin (qadın cinsli) son durumu məlum olub.

Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, o, bu gün saat 08:55 radələrində Mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına qatar vuran 1970-ci il təvəllüdlü şəxs(qadın cinsli)hospitalizasiya olunub.

"Ona döş qəfəsi, qarının küt travması, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sifətin sağ yarısının əziyi sıyrılmış yarası, sağtərəfli 3.4.5.6.7.8.9 -cu qabırğaların qapalı yerdəyişən sınığı diaqnozları qoyulub.

Hazırda tibb müəssisəsinin Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır", - deyə Mərkəzin məlumatında bildirilib.