logo

Axtarışda olan şəxsin digər cinayət əməlinin də üstü açılıb

11:55 05-02-2024 | icon 658
Axtarışda olan şəxsin digər cinayət əməlinin də üstü açılıb

Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə (soyğunçuluq) axtarışda olan Samir Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, yanvarın 28-də onun Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildə sürücünü kəsici alətlə hədələyərək quldurluq yolu ilə 1384 manat pulunu talaması da müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.