logo

Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasında dəyişiklik olub

10:50 05-02-2024 | icon 1386
Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasında dəyişiklik olub

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin (ASA) Müşahidə Şurası üzvləri sırasında dəyişiklik edilib.

ASA-dan YeniAvropa-ya verilən məlumata görə, İctimai Birliyin təsisçilərinin iclası keçirilib. İclasın gündəliyində duran məsələ Birliyin Müşahidə Şurasının üzvü olan və Azərbaycan Prezidentinin 2023-cü il 31 yanvar tarixli Fərmanı ilə ləğv edilən Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") yerinə yeni üzvün müəyyən edilməsi olub. Razılığı alınaraq namizədliyi irəli sürülən "Meqa Sığorta" ASC-nin üzvlüyü səsverməyə çıxarılıb. Şirkət ASA-nın təsisçiləri tərəfindən yekdilliklə dəstəklənərək Birliyin Müşahidə Şurasının üzvü seçilib.

Qeyd edək ki, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin Müşahidə Şurasında 9 sığorta şirkəti təmsil olunur.