Ötən il Bakı Apellyasiya Məhkəməsinə 23 min 186 iş daxil olub
2023-cü il ərzində bütün icraatlar üzrə Bakı Apellyasiya Məhkəməsinə 23 min 186 iş daxil olub.
YeniAvropa xəbər verir ki, bu barədə qurumun sədri Mübariz Əkbərov Bakı Apellyasiya Məhkəməsinin Rəyasət Heyətinin 2023-cü ildəki fəaliyyətinə və görülmüş işlərin təhlilinə dair geniş tərkibdə iclasında məlumat verib.
Bildirilib ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hüququn tətbiqində yanaşmanın sabitliyini və hüquqi mövqeyin proqnozlaşdırılan olmasını təmin etmək üçün metodik kömək göstərilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin iştirakı ilə məhkəmənin ərazi yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrində görüşlər keçirilib.
Həmçinin 2023-cü ildə iş planına uyğun olaraq qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələlər üzrə bəzi birinci instansiya məhkəmələrinin məlumatlarının dinləmələri keçirilib, eləcə də ayrı-ayrı sahələr üzrə məhkəmə təcrübəsinin ümumiləşdirmələri aparılmaqla buna dair birinci instansiya məhkəmələrinə müvafiq icmal və metodik məktublar göndərilib.
Daha sonra Bakı Apellyasiya Məhkəməsinin kollegiyalarının ötən ildə görülmüş işlərlə bağlı geniş hesabatları, habelə Ali Məhkəmənin kollegiya sədrlərinin Bakı Apellyasiya Məhkəməsinin kollegiyalarının fəaliyyətinə dair rəyləri dinlənilib.
Bildirilib ki, ötən il ərzində bütün icraatlar üzrə 17 min 864 işə mahiyyəti üzrə bаxılaraq yekun qərar qəbul edilib, 1972 iş üzrə mаhiyyətinə aid olmayan digər qərаrlar qəbul edilib. O cümlədən birinci instansiya məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmə qərarlarından verilmiş apellyasiya müraciətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən baxılmış 2 min 79 cinayət işindən 1300 iş üzrə məhkəmə qərarı qüvvəsində saxlanılıb, 197 iş üzrə məhkəmə qərarı ləğv olunub, 582 iş üzrə isə məhkəmə qərarı dəyişdirilib.
Ötən dövr ərzində Mülki kollegiya tərəfindən baxılmış 5 min 953 işdən 3 min 752 iş üzrə məhkəmə aktı qüvvəsində saxlanılıb, 1866 iş üzrə məhkəmə aktı ləğv olunub, 335 iş üzrə məhkəmə aktı dəyişdirilib.
Bakı İnzibati Məhkəməsinin qərarlarından verilmiş apellyasiya şikayətlərinə əsasən İnzibati kollegiya tərəfindən baxılmış 3 min 254 işdən 2 min 521 iş üzrə məhkəmə aktı qüvvədə saxlanılıb, 697 iş üzrə məhkəmə aktı ləğv olunub, 36 iş üzrə məhkəmə aktı dəyişdirilib.
Kommersiya kollegiyası tərəfindən baxılmış 897 işdən 598 iş üzrə məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 254 iş üzrə məhkəmə aktı ləğv olunub, 45 iş üzrə məhkəmə aktı dəyişdirilib.
İclasda, həmçinin məhkəmə işlərinin qanunvericiliyin tələblərinə ciddi riayət edilməklə baxılması, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması xüsusi vurğulanıb.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb