logo

Bu gün geomaqnit qasırğası gözlənilir

10:20 05-02-2024 | icon 1015
Bu gün geomaqnit qasırğası gözlənilir

Fevralın 1-də baş vermiş tac kütlə atılması və tac dəliklərindən çıxan müsbət qütblü, yüksəksürətli zərrəciklər selinin qarşılıqlı təsiri səbəbindən fevralın 5-də G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğası gözlənilir.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, fevralın 6-da geomaqnit sahə qeyri-stabil, fevralın 7-dən etibarən sakit olacaq.