logo

Avropa İttifaqı Rusiyanın dondurulmuş 250 milyard $ aktivlərindən istifadəni müzakirə edir

09:29 05-02-2024 | icon 2562
Avropa İttifaqı Rusiyanın dondurulmuş 250 milyard $ aktivlərindən istifadəni müzakirə edir

Böyük Yeddilik (G7) və Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın maliyyələşdirilməsi üçün girov kimi istifadə imkanlarını müzakirə edir.

YeniAvropa xəbər verir ki, "Bloomberg" agentliyi bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.

Adları açıqlanmayan diplomatların sözlərinə görə, G7 və Aİ Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən 250 milyard dollardan çox istifadə planını müzakirə edir. Ukraynanın müttəfiqləri dondurulmuş Rusiya aktivlərini girov kimi istifadə edə bilər. Belə bir qərarın tərəfdarları hesab edirlər ki, münaqişənin istənilən həlli Rusiyanın Ukraynaya dəymiş ziyanı ödəməsinə gətirib çıxaracaq və bundan imtina edərsə, ona qarşı dondurulmuş aktivlər üçün iddialar qaldırıla bilər.

Bloomberg vurğulayır ki, bu variant hazırda yalnız müzakirə səviyyəsindədir və hələlik siyasi qərar verilməyib.

Qeyd edək ki, yanvarın 30-da Aİ ölkələrinin səfirləri Rusiya aktivlərindən əldə olunan gəlirlərin xüsusi hesablara köçürülməsi qərarı ilə bağlı ilkin razılığa gəliblər və birtərəfli qaydada aktivlərdən əldə edilən gəlirin Rusiyaya aid olmadığını iddia edən Avropa Komissiyasını dəstəkləyiblər.