logo

Paris “Böyük dəbilqə”si: Daha bir gümüş medal qazandıq

09:09 05-02-2024 | icon 987
Paris “Böyük dəbilqə”si: Daha bir gümüş medal qazandıq

Azərbaycanın daha bir cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən “Böyük dəbilqə” turnirində gümüş medal qazanıb.

YeniAvropa xəbər verir ki, yarışın sonuncu günündə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev həlledici görüşdə Türkiyə təmsilçisi Mixael Zqankaya uduzaraq ikinci yeri tutub.

Millinin digər üzvləri Vüqar Talıbov (90 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) isə uğursuz nəticə göstəriblər.

Qeyd edək ki, ötən gün Zelim Tçkayev (81 kiloqram) də gümüş medalın sahibi olub.