logo

Paris “Böyük Dəbilqə”si: Daha 4 cüdoçumuz mübarizəyə qoşulur

10:40 03-02-2024 | icon 1449
Paris “Böyük Dəbilqə”si: Daha 4 cüdoçumuz mübarizəyə qoşulur

Azərbaycanın daha dörd cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində bu gün tatamiyə çıxacaq.

YeniAvropa xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində Rəşid Məmmədəliyev islandiyalı Kyartan Hreydarssonla, İbrahim Əliyev almaniyalı İqor Vandtke ilə üz-üzə gələcək.

81 kiloqram çəkidə Səid Mollayi Uruqvayı təmsil edən Alain Aprahamyanla, Zelim Tçkayev Komor adalarından Husni Taubani ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün mübarizə aparan Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kiloqram) yarışı medalsız başa vurublar. Fevralın 4-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 11 cüdoçu ilə təmsil olunur.