logo

Bakıda lisenziya xarakterli beynəlxalq yarışı start götürüb

15:15 02-02-2024 | icon 1162
Bakıda lisenziya xarakterli beynəlxalq yarışı start götürüb

Bakıda əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə beynəlxalq qış yarışının açılış mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki, Respublika Olimpiya Mərkəzində keçirilən tədbir Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Saxa-Yakutiya Respublikasını təmsil edən idmançıların paradı ilə başlayıb.

Rəsmi çıxışlardan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib və turnirə start verilib.

Gənclər və İdman Nazirliyi, AAF və “Atletika” klubunun birgə təşkilatçılığı ilə keçirilən turnir “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Proqrama U-18 yaş qrupu üzrə uzunluğa tullanma və 60 metr məsafəyə qaçış, böyüklər üzrə üç təkanla tullanma və digər növlər daxil edilib. Yarışa fevralın 3-də yekun vurulacaq.