logo

Azərbaycanın Çindəki səfirliyində seçki məntəqəsi yaradılıb

14:44 02-02-2024 | icon 798
Azərbaycanın Çindəki səfirliyində seçki məntəqəsi yaradılıb

Azərbaycanda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinə uyğun olaraq ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyində seçki məntəqəsi yaradılıb. Məntəqə seçki komissiyasının üzvləri, katibləri və sədri seçilib.

Səfirlikdən YeniAvropa-ya bildirilib ki, Çində yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşları fevralın 7-də yerli vaxtla səhər saat 8:00-dan axşam 19:00-dək səfirlikdə yaradılmış seçki məntəqəsində səs verə biləcəklər. Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə biləcəklər.

Azərbaycanın Çindəki səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün Pekində olacaq səsvermə hüququna malik seçicilər də səs verə biləcəklər.

Qeyd edək ki,  növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.