logo

Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclası keçirilir

13:53 02-02-2024 | icon 1631
Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclası keçirilir

Qazaxıstanın Almatı şəhərində Avrasiya Hökumətlərarası Şurasının məhdud tərkibdə iclası başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

Ardınca şuranın geniş tərkibdə iclası keçiriləcək və bir sıra sənədlər imzalanacaq.

Avrasiya İqtisadi Komissiyasının yaydığı məlumata görə, iclaslarda 12 məsələ müzakirə ediləcək. Buraya Avrasiya İqtisadi İttifaqının inteqrasiya olunmuş informasiya sisteminin inkişaf perspektivləri, “Avrasiya Agroekspress” birgə layihəsinin həyata keçirilməsi və s. daxildir.