logo

Azərbaycanda yeni elektron poçt sistemi istifadəyə veriləcək

11:11 02-02-2024 | icon 1008
Azərbaycanda yeni elektron poçt sistemi istifadəyə veriləcək

Mart ayından Azərbaycanda yeni elektron poçt sistemi istifadəyə veriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin(XRİTDX) idarə rəisi Tural Məmmədov  Bakıda keçirilən “Dövlət Qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısı”nda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, domino sistemi üzrə qurulmuş yeni poçt sistem bir çox əlavə xidmətlər təqdim etməyə imkan verəcək.

"İlk dəfə Azərbaycan dilində interfeysi mövcud olacaq. Dövlət qurumlarının son istifadəçilərinin mühafizəsi üçün mərkəzləşdirilmiş XDR həlli təqdim olunacaq. Bu ildən toplu SMS xidməti də aktiv olacaq”, - deyə T.Məmmədov əlavə edib.