logo

Paris "Böyük Dəbilqə"si: Bu gün 2 cüdoçumuz mübarizəyə başlayır

10:30 02-02-2024 | icon 1253
Paris "Böyük Dəbilqə"si: Bu gün 2 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

YeniAvropa xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın iki idmançısı tatamiyə çıxacaq.

60 kiloqram çəki dərəcəsində Nazir Talıbov ukraynalı Artyom Leşukla, Əhməd Yusifov isə tacikistanlı Mehrzod Sufiyevlə qüvvəsini sınayacaq.

Qeyd edək ki, fevralın 4-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 11 cüdoçu ilə təmsil olunur.