logo

İrakli Kobaxidze Gürcüstanın yeni baş naziri olacaq

16:32 01-02-2024 | icon 1351
İrakli Kobaxidze Gürcüstanın yeni baş naziri olacaq

Gürcüstanın yeni baş nazirinin adı məlum olub.

YeniAvropa xəbər verir ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının fevralın 1-də keçirilən qurultayında İrakli Kobaxidzenin baş nazir postuna namizədliyi təsdiqlənib.

Qeyd edək ki, İrakli Kobaxidze bundan əvvəl hakim partiyanın sədri idi.