logo

Çexiyanın Deputatlar Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlib

15:55 01-02-2024 | icon 854
Çexiyanın Deputatlar Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlib

Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 1-də Azərbaycana rəsmi səfərə gəlib.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Marketa Pekarova Adamovanı Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev, Çexiyanın ölkəmizdəki səfiri Milan Sedlaçek və digər rəsmi şəxslər qarşıladılar.