logo

Parlamentlərarası İttifaqın baş katibi Şəhidlər xiyabanını ziyarət edib

15:15 01-02-2024 | icon 868
Parlamentlərarası İttifaqın baş katibi Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq fevralın 1-də Şəhidlər xiyabanını ziyarət edib.

YeniAvropa xəbər verir ki, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb.

“Əbədi məşəl” abidəsini ziyarət etdikdən sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.