logo

Bakının iki rayonunda qazın verilişi dayandırılıb

14:34 01-02-2024 | icon 889
Bakının iki rayonunda qazın verilişi dayandırılıb

Bakının Qaradağ və Səbail rayonlarının bəzi hissələrində qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Azəriqaz”dan bildirilib.Qeyd edilib ki, “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Qaradağ-Xırdalan” yüksək təzyiqli magistral qaz kəmərinin 12-ci kilometrində aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlı fevralın 1-dən saat 12:00-dan işlər başa çatanadək “Şıxov” QPS-dən, “Azpetrol” və “Azərholding” ölçü qovşaqlarından qaz təchizatı dayandırılıb.

Təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Cənub Yaşayış kompleksinin və Şıxov qəsəbəsinin, həmçinin Səbail rayonu üzrə Badamdar 3-cü yaşayış sahəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb.