logo

Sabah Bakıda 9° isti olacaq

13:31 01-02-2024 | icon 910
Sabah Bakıda 9° isti olacaq

Azərbaycanda fevralın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 1-4°, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı bildirilir.

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.