logo

"Təbəssüm" istirahət mərkəzində yanğın:5 kotec külə döndü

11:33 01-02-2024 | icon 1022
"Təbəssüm" istirahət mərkəzində yanğın:5 kotec külə döndü

Lənkəran-Lerik magistralının kənarında yerləşən "Təbəssüm" istirahət mərkəzində yanğın hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, ki, gecə saat 3 radələrində qeydə alınan yanğın zamanı ümumi sahəsi 410 kvadratmetr olmaqla, 5 kottec yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın səhər saatlarında lokallaşdırılıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb.