logo

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

09:29 01-02-2024 | icon 896
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etmək üçün fevralın 3-də toplaşacaq.

YeniAvropa xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

“Avropa Komissiyası Rusiyaya qarşı təklif olunan yeni sanksiyalar paketinin təfərrüatlarını müzakirə etmək üçün şənbə günü Aİ-yə üzv dövlətlərlə yüksək səviyyəli qeyri-rəsmi görüşlərə başlayacaq ”, - deyə məlumatda bildirilir.

Yeni sanksiyalar paketinin, xüsusən də hərbi tətbiqlərdə istifadə oluna bilən maddələr üçün sanksiyalardan yayınma hallarının qarşısını almağa yönələcəyi gözlənilir. Bundan əlavə, Avropa Komissiyası şəxsi sanksiyaların tətbiq edilməsi planlaşdırılan fiziki və hüquqi şəxslərin siyahılarının genişləndirilməsini təklif edir.