Azərbaycan və Rusiyanın FHN-ləri arasında Fəaliyyət Planı imzalanıb
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Görüşdə qonaqları salamlayan nazir Kəmaləddin Heydərov xatırladıb ki, xalqlarımız arasındakı sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə söykənən Azərbaycan-Rusiya münasibətləri bu gün ölkələrimizin liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində yüksələn xətlə inkişaf edir.
Nazir ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində görülən işlərdən danışıb, iki nazirlik arasında fövqəladə hallarla mübarizə üzrə mövcud sıx əməkdaşlıq münasibətlərinin daim genişləndiyini vurğulayıb. Bu çərçivədə, Beynəlxalq Mülki Müdafiə Təşkilatının xətti ilə Azərbaycan FHN-in Akademiyasına xüsusi trenajor komplekslərinin, o cümlədən bir sıra təlim-məşq avadanlıqları və laborator cihazların verilməsini, əməkdaşların müxtəlif təlim kursları və seminarlarda iştirakı üçün şəraitin yaradılmasını məmnunluqla qeyd edib, göstərilən dəstəyə görə təşəkkürünü bildirib. İmzalanacaq “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2024-2026-cı illər üçün birgə Fəaliyyət Planı”nın əməkdaşlığın daha da inkişaf etdirilməsinə əlavə təkan verəcəyinə əminlik ifadə olunub.
Səmimi görüşə görə təşəkkürünü bildirən Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkov iki nazirlik arasında münasibətlərin genişlənməsindən məmnunluq ifadə edib, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da dərinləşməsinin qarşılıqlı faydasından danışıb. Bu məqsədlə, hər iki nazirlik arasında müxtəlif səviyyəli səfərlərin, keçirilən görüş və müzakirələrin əhəmiyyətini vurğulayıb.
Nazir A.Kurenkov, həmçinin Rusiya ərazisində müxtəlif vaxtlarda baş vermiş fövqəladə hadisələr zamanı göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Qonaq deyib ki, imzalanacaq Fəaliyyət Planı iki ölkənin uyğun qurumları arasında fövqəladə halların idarə olunması sahəsində müxtəlif əməkdaşlıq formalarının reallaşdırılması üçün yeni imkanlar açacaq.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Yekunda “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2024-2026-cı illər üçün birgə Fəaliyyət Planı”nın imzalanması mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkov imzalayıblar.
Daha sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, səfər çərçivəsində rusiyalı nazir, həmçinin FHN-in Akademiyasına da baş çəkərək ali təhsil ocağının fəaliyyəti ilə yerində tanış olacaq.
Sahibə Qafarova Tacikistana işgüzar səfərə gedib
Dünya çempionatı: Azərbaycan millisi bürünc medal üçün oynayacaq
Sabah Bakıda 24° isti olacaq
Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir
Rafael Nadal karyerasını bitirəcək
COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək
Dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər saxlanılıb
Paris Sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istədir
AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb
Bakıda “INMerge İnnovasiya Sammiti” keçirilir
3 günlük güclü geomaqnit qasırğası başlanır
Azərbaycan nefti 79,02 dollara satılır
Bakıda "Pre-COP29" tədbiri işə başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Gəncədə "Jiquli" 90 yaşlı piyadanı vuraraq öldürüb
“Azercell” COP29 ərəfəsində “Turist” tariflərini yeniləyib
İlham Əliyev BMT baş katibinin birinci müavinini qəbul edib
Laçın və Şuşada əmək yarmarkaları keçiriləcək
13 boksçumuz Avropa çempionatına yollanır
İlham Əliyev ABŞ prezidentinin baş müşavirini qəbul edib
Dünya çempionatı:Minifutbol millisimiz "pley-off"a vəsiqə qazanıb
“TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib
İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim nazirini qəbul edib
Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentə "yox" dedi
Sabah Bakıda qısamüddətli yağış yağacaq,26° isti olacaq