logo

Prezident seçkiləri üçün Rusiyanın 3 şəhərində seçki məntəqəsi yaradılacaq

12:12 31-01-2024 | icon 469
Prezident seçkiləri üçün Rusiyanın 3 şəhərində seçki məntəqəsi yaradılacaq

Ölkəmizin Rusiyadakı səfirliyi Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı məlumat yayıb.

YeniAvropa xəbər verir ki, səfirlik Rusiya Federasiyasının üç şəhərində seçki məntəqəsinin açılacağını bildirib.

Rusiya Federasiyası ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarına xatırladılıb ki, fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Bununla əlaqədar, Azərbaycanın Rusiyadakı səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulluqlarında seçki məntəqələri açılacaq.

Səsvermədə 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Bunun üçün seçki məntəqəsinin nümayəndələrinə Azərbaycan vətəndaşının etibarlı pasportunu və ya şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır. Prezident seçkiləri dövründə Rusiyaya səfər etməyi planlaşdıran və səs vermək istəyən vətəndaşlardan da həmin sənədləri özləri ilə götürmələri xahiş olunur.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq. Məntəqələr göstərilən ünvanlarda yerləşəcək: Moskva şəhəri, Voznesenski döngəsi, ev15; Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi, ev 27; Yekaterinburq şəhəri, Karl Libknext küçəsi, ev 5.