logo

“Mənim Qəhrəmanım” konserti qan donorlarına həsr olunacaq

11:55 31-01-2024 | icon 3395
“Mənim Qəhrəmanım” konserti qan donorlarına həsr olunacaq

İlk dəfə qan donorlarına həsr olunmuş “Mənim Qəhrəmanım” adlı konsert proqramı təşkil olunacaq.

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin(AQDİM) mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, konsert proqramı AQTİM-in təşkilatçılığı, Azərbaycan Milli Olimpiya Komitəsinin, həmin komitənin "Ədalətli oyunlar" komissiyasının, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının və Talassemiya Mərkəzinin rəsmi tərəfdaşlığı, eyni zamanda Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə təşkil edilir.

Tədbir ümumi qan xəstəliyindən əziyyət çəkən uşaqların, autizm və Daun sindromlu yeniyetmə və gənclərin, o cümlədən fiziki məhdudiyyətli əlilliyi olan şəxslərin asudə vaxtlarının səmərəli keçirilməsinə, sosial fəaliyyətlərdə irəli çəkilməsi və cəmiyyətə inteqrasiya olunmasına xidmət edir.

Qanvermə aksiyaları və təbliğat-təşviqat xarakterli tədbirlər "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində həyata keçirilir.

“Mənim Qəhrəmanım” adlı konsert proqramı fevral ayının 3-də Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcək.